Bədii gimnastika üzrə XX Bakı şəhər açıq çempionatı keçirilir.

 Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və  Azərbaycan Gimnastika Federasiyası tərəfindən Bakı Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə XX Bakı şəhər açıq çempionatı keçirilir. Yarışlarda senior və yuniorların 6 yaş qrupunda olan, habelə 2001-2002, 2003, 2004 və 2005-ci il təvəllüdlü 89 gimnast iştirak edir.  2005-ci il təvəllüdlü idmançılar yarışın ilk günündə çıxışlarına yekun vurublar. Bu yaş kateqoriyasında Fidan Şirinova (“Neftçi”) I, Elnarə Cabbarova(Bakı Gimnastika Məktəbi) II, Selcan Hacızadə (Respublika Kompleks İdman Məktəbi) isə III olub.
 2004-cü il təvəllüdlü gimnastlar arasında Arzu Cəlilova (“Neftçi”) I olub. İkinci və üçüncü yerləri müvafiq olaraq Zərniyar Əliyeva(“Neftçi”) və Alyona Vişnevetskaya (Bakı Gimnastika Məktəbi) tutublar.
2003-cü il təvəllüdlü idmançılar arasında Darya Farşbafşəhriyari (Bakı Gimnastika Məktəbi) ən güclü olub. Aydan Ağayevanın II olduğu yarışda Ləman Hüseynova (hər ikisi “Spartak”) III yerlə kifayətlənib.