Belçikanın Antverpen şəhərində keçirilmiş “Avropa Xüsusi Yay Olimpiya Oyunları 2014”də azərbaycanlı idmançılar da iştirak etmişlər.

   9-21 senytyabr 2014-cü il tarixdə  Belçikanın Antverpen şəhərində “Avropa Xüsusi Yay Olimpiya Oyunları 2014” keçirilmişdir. Onu da qeyd edək ki, “Avropa Xüsusi Yay Olimpiya Oyunları” əqli cəhətdən qüsurlu olan idmançıların iştirak etdikləri yarışdır. 58 ölkədən 2000 idmançı və 1000 məşqçinin iştirak etdiyi Avropa Xüsusi Yay Olimpiya Oyunlarında 45 nəfər həmvətənimiz Azərbaycanı təmsil etmişdir. Azərbaycan bu oyunlarda 6 idman növü üzrə (atletika, basketbol, cüdo, badminton, stolüstü tennis və üzgüçülük) ümumilikdə 20 medal qazanmışdır.

   Avropa Xüsusi Yay Olimpiya Oyunlarında Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşı Kamal Əhmədovun rəhbərliyi altında iştirak edən atıetika üzrə Bakı idmançıları da yüksək nəticələr əldə etmişlər. Nəticələrə görə Pərviz Mustafayev (VI divizion) 100 m məsafədə I yerə, Aytən Abdullayeva (I divizion) yerindən tullanma I yerə və 50 m məsafəyə qaçış II yerə, Baharxanım Əlipənahova (II divizion) 50 m məsafəyə qaçış I yerə və yerindən tullanma II yerə, Həsənağa Əliyev (II divizion) uzunluğa tullanma II yerə və 50 m məsafəyə qaçış III yerə, Mehman Şeydayev top atma II yerə layiq görülmüşlər. Bakı idmançıları atletika üzrə yarışlarda ümimilikdə 8 medal qazanmışdır.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort