Bələdiyyə seçkilərində iştirak edəcək ilk dəfə səs verən gənclər ilə görüş keçirilib

           Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Bələdiyyə seçkilərində iştirak edəcək ilk dəfə səs verən gənclər ilə görüş keçirilib. Tədbirdə  Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova,  Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin kadrlarlarla iş sektorunun müdiri Gündüz Vəliyev, 12 saylı Binəqədi-Qaradağ seçki dairəsinin sədri Qəşəm Əhmədzadə, 11 saylı Qaradağ seçki dairəsinin sədri Azər Ələkbərov iştirak ediblər. Tədbirdə çıxış edənlər gənclərimizin, xüsusilə seçkilərdə ilk dəfə səs verən  gənclərin daha geniş surətdə maariflənməsi, daha çox biliklərə yiyələnməsi, bir sözlə öz hüquq və vəzifələrini mükəmməl bilməsinin vacib olduğunu və hər bir gənc demokratiyanın meyarı olan seçkilərin mahiyyətini dərk etməli, cəmiyyətdəki rolunun əhəmiyyətini bilməli və özünü bir fərd kimi təsdiq etməli olduğunu vurğulayıblar.

         Tədbirin sonunda rayonun ictimai-siyasi, mədəni-kütləvi həyatında, idman sahəsində fərqlənmiş seçkilərdə ilk dəfə səs verən gənclərə fəxri fərmanlar və hədiyyələr təqdim olunub.

 

 

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort