Bələdiyyə seçkilərində iştirak edəcək ilk dəfə səs verən gənclər ilə görüş keçirilib.

   Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Bələdiyyə seçkilərində iştirak edəcək ilk dəfə səs verən gənclər ilə görüş keçirilib. Tədbirdə  çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov bildirib ki, əsası Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti prezident İlham Əliyev tərəfindən daha da dərinləşdirilir. Hal-hazırda gənclər ölkənin ictimai-siyasi həyatında fəal rol oynayır. Qarşıdan gələn seçkilərdə cəmiyyətimiz aparıcı qüvvəsi olan gənclərinin iştirakının əhəmiyyətli olduğunu qeyd edərək hər bir kəsin seçki hüquqdan istifadə edərək öz seçimlərini etməlidir.

  Daha sonra çıxış edən Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov ilk dəfə seçkilərdə iştirak edəcək gəncləri təbrik edib. Qeyd edib ki, gənclərin bütün sahələrdə aktiv fəaliyyəti ilə seçilməsi, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynaması onlara verilən yüksək dəyərin nümunəsidir.

  Tədbirin sonunda rayonun ictimai-siyasi, mədəni-kütləvi həyatında, idman sahəsində fərqlənmiş seçkilərdə ilk dəfə səs verən gənclərə fəxri fərmanlar və hədiyyələr təqdim olunub.

 

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort