Bençpress və poverliftinq idman növü üzrə Bakı şəhər birinciliyi keçirilmişdir

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 5 №-li İOEUGAM-da bençpress və poverliftinq idman növü  üzrə Bakı şəhər birinciliyi keçirilmişdir.  Yekun nəticələrə görə bençpress növü üzrə 52 kq çəki dərəcəsində Əlizadə Azər, 56 kq çəki dərəcəsində Əhmədov Ülvi , 60 kq çəki dərəcəsindəEynalov Elvin,  67,5 kq çəki dərəcəsində Ağazadə Coşqun, 75 kq çəki dərəcəsində Əliyev Əli, 82,5 kq çəki dərəcəsində Həzrətov Zərdüşt, 90 kq çəki dərəcəsində Atai Bəxtiyar, 100 kq çəki dərəcəsində Ağalarov Vüsal, 110 kq çəki dərəcəsində İbrahimov Yasər, 125 kq çəki dərəcəsində İbrahimov Paşa, +125 kq çəki dərəcəsində Hüseynov Samir, poverliftinq üzrə 52 kq çəki dərəcəsində Ağayev Fərid, 56 kq çəki dərəcəsində İsayev İntiqam, 60 kq çəki dərəcəsində Eynalov Elvin, 67 kq çəki dərəcəsində Ağazadə Coşqun, 75 kq çəki dərəcəsində Qurbanov Fərdi, 82,5 kq çəki dərəcəsində Həzrətov Zərdüşt, 90 kq çəki dərəcəsində Kovalenko Boqdan, 100 kq çəki dərəcəsində Əliyev Vüsal, 110 kq çəki dərəcəsində İbrahimov Yavər, 125 kq çəki dərəcəsində Ağayev Əli, +125 çəki dərəcəsində Bağırov Samir I yerlərə layiq görülmüşlər.

Qaliblər Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.