Bençpress və poverliftinq üzrə Bakı şəhər birinciliyi

  Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 5 №-li İOEUGAM-da bençpress və poverliftinq idman növü  üzrə Bakı şəhər birinciliyi keçirilmişdir. Birincilikdə 87 nəfər idmançı mübarizə aparmışdır. Yekun nəticələrə görə bençpress növü üzrə 52 kq çəki dərəcəsində Əlizadə Azər, 56 kq çəki dərəcəsində Əyyubov Nicat, 60 kq çəki dərəcəsində Məmmədov Samir,  67,5 kq çəki dərəcəsində Qurbanov Fərdi, 75 kq çəki dərəcəsində Həzrətov Zərdüşt, 82,5 kq çəki dərəcəsində Mustafayev Ruslan, 90 kq çəki dərəcəsində Əhmədov Fərid, 100 kq çəki dərəcəsində İsmiyev Naib, 110 kq çəki dərəcəsində İzgilov Emil, 125 kq çəki dərəcəsində Həmidov Dadaş, +125 kq çəki dərəcəsində Əliyev Araz, poverliftinq üzrə 52 kq çəki dərəcəsində Hüseynzadə Nicat, 56 kq çəki dərəcəsində Quluzadə Fərid, 60 kq çəki dərəcəsində Məmmədov Samir, 67 kq çəki dərəcəsində Abışov Nurlan, 75 kq çəki dərəcəsində Paşayev Coşqun, 82,5 kq çəki dərəcəsində Məmmədli Hafiz, 90 kq çəki dərəcəsində Ağasəyev Vahid, 100 kq çəki dərəcəsində İsmiyev Naib, 110 kq çəki dərəcəsində Ələsgərli Ələsgər, 125 kq çəki dərəcəsində Əzizov Aksay, +125 çəki dərəcəsində Əliyev Araz I yerlərə layiq görülmüşlər.

Qaliblər Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.