Bilik yarışmasının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib

       8 sentyabr 2021-ci il tarixdə Nərimanov Rayon Gənclər və İdman İdarəsində “Vətən Müharibəsi Qəhrəmanı”, şəhid, polkovnik Zaur Nudirəliyevin xatirəsinə həsr edilmiş onlayn bilik yarışmasının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
     Qeyd edək ki, yarış Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və “Xəzər” İntellektual Gənclər Klubunun birgə təşkilatçılığı ilə 28 avqust 2021-ci il tarixdə onlayn formatda keçirilmişdir. Onlayn turnirdə hər komandada 6 nəfər olmaqla 24 komanda (ümumi 144 nəfər) iştirak etmişdir.
      Tədbirdə Azərbaycanın azadlığı, istiqlaliyyəti və müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
      Sonra Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, şəhidin qızı Pəri Nudirəliyeva, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşı Samir Kazımov çıxış edərək yarış və “Vətən Müharibəsi Qəhrəmanı”, şəhid, polkovnik Zaur Nudirəliyev haqqında qısa məlumat verdilər.
         Çıxışlardan sonra qaliblər xüsusi karantin rejiminə riayət olunmaqla təşkilatçılar tərəfindən kubok, diplom və medallar ilə təltif ediliblər.
adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort