“Binəqədi Gənclərinin II Liderlik Məclisi” layihəsi keçirildi.

   Şəmkir və Gədəbəy rayonlarında  “Binəqədi Gənclərinin II Liderlik Məclisi” layihəsi keçirilmişdir. Layihədə iştirak etmək üçün Binəqədi rayonunda yaşayan, oxuyan və işləyən 300-ə yaxın gənc ərizə ilə müraciət etmiş, müsahibə mərhələsinə dəvət olunan 180 gəncdən 35 nəfər gənc layihədə iştirak hüququ qazanmışdır.

  Şəmkir rayonuna çatan iştirakçılar Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra Heydər Əliyev Mərkəzinə, Bayraq Meydanına, “Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzinə səfər edərək, “Parlaq Zəka” oyunlarının çəkilişlərində iştirak etmişlər.

    Layihə müddətində Binəqədi rayon Gənclər və İdman İdarəsi ilə Şəmkir rayon Gənclər və İdman İdarəsi arasında Əməkdaşlıq Memorandumu imzalanmışdır. Layihə çərçivəsində gənclər Şəmkir rayonunda “Şərq ulduzu” şərab zavodu, “S-buket” gül istixanası, “Natura” su zavodu, çörək zavodu və bir sıra tarixi əhəmiyyətli abidələrlə tanış oldular.

  Layihə iştirakçıları eyni zamanda Gədəbəy rayonuna səfər etmiş, Aşıqlar Evi ilə tanış olmuşlar.

   Layihənin bağlanış mərasimi  Şəmkir şəhərində baş tutmuşdur. Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov iştirak etmişlər.

    Tədbir Binəqədi və Şəmkir gənclərinin hazırladığı konsert proqramı ilə davam etdirilmişdir.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort