Binəqədi rayon Gənclər və İdman İdarəsi “Xocalım-Qan Yaddaşım” adlı tədbir keçirilmişdir.

  Binəqədi rayon Gənclər və İdman İdarəsinin  təşkilatçılığı ilə 135 №li tam orta məktəbin akt zalında 26 Fevral-Xocalı faciəsinin iyirmi ikinci ildönümünə həsr olunmuş “Xocalım-Qan Yaddaşım” adlı tədbir keçirilmişdir. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova, “Milli Qəhrəmanları Tanıtma” İctimai Birliyinin sədri Elşən Uluxanlı, “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri Ayna Novruzova, rayon ictimaiyyətinin nümayəndələri və məktəblilər iştirak etmişlər.

  Tədbir Binəqədi Rayon Gənclər və İdman İdarəsinin Binəqədi RİH və YAP Binəqədi Rayon təşkilatının birgə təşkilatçılığı ilə rayon orta ümumtəhsil məktəblilərinin şagirdləri arasında keçirilmiş 26 Fevral-Xocalı faciəsinin iyirmi ikinci ildönümünə həsr olunmuş “Xocalı qan yaddaşımız” mövzusunda keçirilmiş rəsm  müsabiqəsi iştirakçılarının əl işlərinin nümayişi ilə başladı. Sonra məktəblilərin təqdimatında faciənin dəhşətlərini özündə əks etdirən ədəbi-bədii kompozisiya nümayiş olundu. Bədii hissədən sonra Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva çıxış edərək bildirdi ki, XXI əsrin ən dəhşətli faciəsi olan bu tarixi hadisə yeniyetmə və gənclər arasında daim təbliğ olunmalı, gənclərin vətənpərvərlik tərbiyəsi diqqət mərkəzində saxlanılmalıdır. Ölkə başçısının milli ordumuzun gücləndirilməsi istiqamətində apardığı uğurlu siyasəti onə çəkən natiq Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında iqtisadi və hərbi güclə yanaşı, yüksək intellektual səviyyəyə malik vətənpərvər gənclərin də xüsusi yeri olduğunu bildirdi.

          Sonra Xocalı faciəsinin şahidləri olmuş Elşən Uluxanlı və Sahil Həsənov ermənilərin törətdikləri insanlığa sığmayan əməllərin dünya ictimaiyyəti tərəfindən qəbul edilməsi üçün bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışdılar.

          Sonda Binəqədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən keçirilmiş “Xocalı qan yaddaşımız” mövzusunda keçirilmiş inşa-yazı və rəsm müsabiqələrnin qalibləri müvafiq dərəcəli diplomlarla mükafatlandırıldılar.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort