Binəqədi rayon gəncləri “BakuTel-2013” XIX Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisində iştirak ediblər.

       Binəqədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə bir qrup gənc 2-5 dekabr 2013-cü il tarixlərində Bakı Expo Mərkəzində keçirilən “BakuTel-2013” XIX Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisində olub. Təşkil olunmuş ekskursiya çərçivəsində gənclər sərgidə təmsil olunan, informasiya və kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən yerli və xarici şirkətlər, onların təqdim etdiyi xidmət və məhsullarla tanış olublar.Qeyd edək ki, BakuTel-2013” XIX Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisində yerli iştirakçılarla yanaşı dünyanın 28 ölkəsindən 300 şirkət təmsil olunur. Sərgidə hər il fəal iştirak edən ölkələrə bu il ABŞ, İtaliya, Əfqanıstan və bir sıra digər dövlətlər də qoşulmuşdur. Sərginin iştirakçıları telekommunikasiyalar və şəbəkələr, genişzolaqlı rabitə və texnologiyalar, kabel və simsiz rabitə, peyk rabitəsi və texnologiyalar, teleradio yayım avadanlığı, proqram təminatı, İT və ofis texnologiyaları seqmentləri, habelə texnoloji yeniliklər və bir sıra digər məhsullar da nümayiş etdirirdilər. Sərgidə 15 ölkə milli pavilyonu ilə İKT sahəsində Azərbaycan və bütün Xəzər regionu üçün innovativ olan maraqlı proqramların, habelə məhsul və xidmətlərin təqdimatını keçirilirdi. Sərginin digər fərqləndirici cəhəti Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin fəal dəstəyi ilə təşkil edilən milli stendlərin say etibarilə daha çox olması idi.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort