Binəqədi rayonunda 28 May – Respublika Günü ilə əlaqədar bilik yarışı keçirildi.

Binəqədi rayon Gənclər və İdman İdarəsi tərəfindən 3 saylı tam orta məktəbdə 28 May – Respublika Günü münasibətilə rayon orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında  “Azərbaycan – Doğma vətənim” mövzusunda bilik yarışı keçirildi.

Tədbirin əsas məqsədi gənclərin Azərbaycanın milli-mədəni irsi və tarixi haqqında məlumatlandırılması və onların vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik, dünyəvilik prinsipləri əsasında, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, adət-ənənələrinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması idi.

Bilik yarışının iştirakçılarına hər birində 50 sual olmaqla 2 variantda test kitabçaları paylanıldı. İştirakçılar Azərbaycanın qədim, orta əsrlər, yeni və ən yeni dövrünə aid sualları cavablandırdılar.

Yarışda ümumilikdə 94 nəfər şagird iştirak etmişdir.

 

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort