Binəqədi rayonunda Gənclər Gününə həsr olunmuş tədbir keçirildi.

    Binəqədi rayonunda 2 fevral – “Azərbaycan Gəncləri Günü” münasibətilə tədbir keçirilmişdir.TədbirdəBinəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Könüllülərlə iş sektorunun müdiri Sahil Məmmədli, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov və idarənin əməkdaşları, aparatın şöbə müdirləri, məsul işçiləri,Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı Gənclər Birliyinin və rayonun ictimai-siyasi , mədəni həyatında fəallığı ilə seçilən gənclər iştirak edirdi.

        Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev tədbirdə çıxış edərək öz potensialını, istedad və bacarığını nümayiş etdirmək istəyən hər bir gənc üçün dövlət tərəfindən hərtərəfli şərait yaradıldığını bildirdi. RİH başçısı bu mənada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın öz fəaliyyəti ilə müasir Azərbaycan gəncliyi üçün örnək olduğunu xüsusi vurğuladı. E.Allahverdiyev gənclərə, Prezident İlham Əliyevin rəhbərliyi ilə vətənimizə, dövlətimizə və cəmiyyətimizə xidmətdə uğurlar arzuladı.

         Daha sonra çıxış edən Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov  ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasətinin dünyada nümunə olduğunu xüsusi vurğuladı. Bildirdi ki, “2 Fevral-Azərbaycan Gəncləri günü” Ümummilli lider Heydər Əliyevin gənclərə sevgisinin bariz göstəricisidir. Bu gün ölkəmizdə savadlı, vətənpərvər, eyni zamanda, yüksək intellektə sahib rəqabətə davamlı gənc nəsil formalaşır.

        Tədbirdə rayonun ictimai-siyasi və mədəni həyatında fəallıq göstərən, müxtəlif sahələrdə nailiyyətlər qazanmış bir qrup gənc Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanı ilə təltif edildilər. Binəqədi rayonunda “Master-2 layihəsi çərçivəsində təcrübə müddətini uğurla bitirən ASAN könüllülərinə sertifikatlar təqdim edildi. Tədbir rayonun istedadlı gənclərinin və incəsənət ulduzlarının iştirak etdiyi bədii hissə ilə davam etdi.