Binəqədi rayonunda İran nümayəndələri ilə görüş keçirilib.

  Bu gün Binəqədi rayonunda İran İslam Respublikası Qərbi Azərbaycan Əyaləti Bədən Tərbiyəsi İdarəsinin nüməyəndə heyəti ilə görüş keçirilib. Qonaqları Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında təşkilatın sədri Ramiz Göyüşov qarşıladı. Burada qonaqlara Yeni Azərbaycan Partiyası, onun yaranması tarixi, ölkəmizin siyasi həyatında yeri və tarixi rolu barədə ətraflı məlumat verildi.

   Sonra Heydər Əliyev adına istirahət parkını gəzən qonaqlara Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov rayonda görülən abadlıq quruculuq işləri, Bakı 2017 IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar həyata keçirilən mədəni-kütləvi tədbirlər barədə məlumat verdi.

   Daha sonra Binəqədi Rayon İcra Hakimiyyətinə gələn qonaqları Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elnur İmanov salamladı. Elnur İmanov onları Binəqədi RİH başçısı Aparatının inzibati binası ilə tanış etmiş, rayonda vətəndaşların etimadını qazanmaq istiqamətində reallaşdırılan layihələrdən, o cümlədən 1646 Sakinlərin Müraciət Xidməti sistemindən danışmışdır.

    Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva ilə çay süfrəsi ətrafında səmimi söhbətdən sonra qonaqlar rayonda yerləşən Heydər məscidində cümə namazı qılmışlar.