Binəqədi rayonunda qızlar arasında voleybol üzrə rayon birinciliyi keçirildi.

248 saylı tam orta məktəbdə XXVI Spartakiadanın proqramına daxil olan voleybol  üzrə rayon birinciliyi keçirilmişdir. Yarışda 18 komanda tərkibində 216 nəfər idmançı iştirak etmişdir.

Yarışın nəticələrinə görə:I yerə-3 saylı tam orta məktəbin komandası, II yerə-284 saylı tam orta məktəbin komandası, III yerə-248 saylı tam orta məktəbin komandası layiq görülmüşdür. Qalib komandalar Binəqədi rayon Gənclər və İdman İdarəsi tərəfindən mükafatlandırılmışdır.