“Birlik və həmrəylik qüdrətli gələcəyin əsasıdır” mövzusunda gənclərlə video-konfrans keçirildi

       Qaradağ rayon İcra Hakimiyyəti, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, YAP Qaradağ rayon Təşkilatı və Qaradağ rayon Gənclər və İdman İdarısinin təşkilayçılığı ilə 24 iyul 2020-ci il tarixdə Gənclər və İdman Nazirliyinin yaranması günü münasibətilə “Birlik və həmrəylik qüdrətli gələcəyin əsasıdır” mövzusunda gənclərlə video-konfrans keçirildi. Tədbirdə Qaradağ rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Aydın Hüseynov, Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, Suraxanı rayon Gənclər və İdman İdarəsinin rəisi Amil Bağırov iştirak etmişdir.
          Kiçik yaşlı məktəblilərin son döyüşlərdə şəhid olmuş qəhrəman hərbiçilərimizə həsr olunmuş şeirlərlə başlanan konfrans daha sonra çıxış və müzakirələrlə davam etdirildi. Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra, onun uzaqgörən siyasəti sayəsində ölkədə köklü islahatlara start verilməsindın, o dövrdə pərakəndə halda fəaliyyət göstərməyə çalışan gəncləri vahid təşkilat altında birləşdirmək məqsədilə 26 iyul 1994-cü il tarixdə Gənclər və İdman Nazirliyini yaradılmasından danışıldı.
       Qeyd olundu ki, Ulu öndər Heydər Əliye siyasi məktəbinin layiqli yetirməsi olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük inam bəsləyir, Dövlət Başçısının imzası ilə ölkəmizdə onlara yüksək şərait yaradılması istiqamətində dövlət proqramları qəbul edilir.
        Pandemiya dövründə könüllü gənclərin fəaliyyətindən, eyni zamanda son döyüşlərlə bağlı əksəriyyəti gənclərdən ibarət olan keçirilmiş orduya dəstək mitinqlərindən, və onların könüllü olaraq cəbhəyə yazılmalarından danışıldı. Çıxış edən gənclər bütün gəncləri birliyə və həmrəyliyə səslədilər.