“Biz birlikdə güclüyük” adlı gənclərin Bakı şəhər zona toplantısı keçirilib

            “Biz birlikdə güclüyük” adlı Azərbaycan gənclərinin IX Forumu çərçivəsində Bakı şəhər zona toplantısı keçirilib. Pandemiya şəraiti ilə əlaqədar olaraq konfrans onlayn formatda keçirilib. Tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Gənclər və İdman nazirliyində gənclərlə iş şöbəsinin müdiri İndira Hacıyeva, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin mütəxəssisəsi həkim Pərvin Quliyeva və 500 nəfərə yaxın gənc iştirak edib.

         Konfransda Vətən Müharibəsində şəhid olmuş əsgər, zabit və mülkü vətəndaşlarımızın əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edildikdən sonra, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilib.

           Tədbiri çıxış sözü ilə açan Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov hər kəsi Azərbaycanın Vətən Müharibəsində qazandığı Şanlı qələbəsi münasibətilə təbrik edib. Şəhidlərə Allahdan Rəhmət, Qazilərimizə isə Allahdan Şəfa diləyib. O, müharibə dövründə Azərbaycan ordusunun və xalqının şücaətində, cənab Ali Baş Komandanın yenilməz iradəsi və düşünülmüş siyasətindən geniş söz açıb. Xalqımızın birliyini vurğulayıb.

              Çıxış edən Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov Azərbaycan gəncliyini parlaq qələbəmiz münasibətilə təbrik edib. Fərid Cəfərov gələcəkdə gənclərlə görüləcək işlərdən danışıb. O, Fondun gənclərə bir sıra layihələrdə, xaricdə təhsilə, beynəlxalq tədbirlərdə iştiraklarına yenə də öz dəstəyini verəcəyini bildirib. Azərbaycan Gəncliyinin Vətən Müahirəsində necə birlik olduğundan, istər diaspora gənclərimiz olsun, istərsə də ölkədə yaşayan gənclərimizin Azərbaycanın haqq səsini dünyaya duyurmaq üçün necə birgə, bir yumruq tək birləşərək yorulmadan çalışdıqlarını dilə gətirib.

                    Gənclər və İdman nazirliyində gənclərlə iş şöbəsinin müdiri İndira Hacıyeva da öz növbəsində Bütün tədbir iştirakçılarını qələbə münasibətilə təbrik edib. Hər bir gəncə öz fəaliyyətlərində uğurlar arzulayıb. İndira Hacıyeva Azərbaycan gəncliyinin parlaq gələcəyini vurğulamaqla yanaşı, gənclərimizi maraqlandıran bir sıra məsələlərdən bəhs edib.

              İctimai Səhiyyə və İslahatlar Mərkəzinin mütəxəssisəsi həkim Pərvin Quliyeva qlobal bir bəladan, koronavirus infeksiyasından söz açıb. O, bu virusdan qorunma üsullarından söz açıb. Gənclərə bu məsələdə fərdlərin ayrı-ayrı məsuliyyətinin önəmini dərk etməsinin vacibliyindən bəhs edib. Bu xəstəliyin də öhdəsindən birlik və həmrəyliklə gələ biləcəyimizi vurğulayıb. Tez bir zamanda normal həyata geri dönməyi və hər kəsə sağlam həyat arzuladığını bildirib.

             Daha sonra isə ötən Forumdan IX Foruma qədər gənclərimizin gördüyü işlər haqqında müxtəlif sahələri təmsil edən gənclərin çıxışları dinlənilib və Azərbaycan Gənclərinin IX Forumuna Bakı şəhər Zona toplantısından seçiləcək nümayəndələrin siyahısının səsvermə ilə təsdiq edilib.

                   Tədbirin moderatoru Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov Vətən müharibəsində döyüşən xalqımızın qəhrəman əsgər və zabitlərinin, könüllülərin  böyük əksəriyyətinin gənclər olduğunu diqqətə atdırdı. Gənclər siyasətinin uğurlu həyata keçirilməsi istiqamətində əldə olunan nailiyyətlərin müsbət qiymətləndirən Bakı şəhər gənclərin zona toplantısında səsləndirilən məruzə və çıxışlar, hımçinin paytaxt gənclərinin təklifləri nəzərə alınaraq qətnamə qəbul edilib.

                 Qətnaməyə əsasən 27 sentyabr “Anım günü” və 8 noybar “Zəfər günü” ilə əlaqədar sərəncam rəhbər tutularaq gənclər, idman və kütləvi bədən tərbiyəsi sahələrini geniş əhatə edən silsilə tədbirlər təşkil olunacaq. Həmçinin 44 günlük Vətən müharibəsindən bəhs edən internet portalının yaradılması qətnamədə nəzərdə tutulub.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort