Boks üzrə Bakı birinciliyinin qalibləri müəyyənləşib

     Yeniyetmə boksçular arasında keçirilən Bakı şəhər açıq birinciliyi başa çatıb. Boks Mərkəzində təşkil olunan yarışda 229 idmançı gücünü yoxlayıb.

       6 gün davam edən yarışın yekununda ən güclülərin adı müəyyənləşib. 2004 -2005-ci il təvəllüdlü boksçular arasında təşkil olunan birincilikdə  35,5 çəki dərəcəsində Əli Cəfərov (Siyəzən), 37 kq çəki dərəcəsində Tural Həsənov (Abşeron), 38,5 kq çəki dərəcəsində Nihat Qurbanlı (DİN), 40 kq çəki dərəcəsində Arif Bayramov (Gəncə TİM), 41,5 kq çəki dərəcəsində Turan Hacıyev (Zenit İK), 43 kq çəki dərəcəsində Səid Abdullayev (Neftçi İKİB), 44,5 kq çəki dərəcəsində İlkin Dəmirov (Siyəzən), 46 kq çəki dərəcəsində Rəvan Qasımlı (Qəbələ), 48 kq çəki dərəcəsində Nuran Alıyev (Gəncə), 50 kq çəki dərəcəsində Rəsul Məmmədov (Rabitə İK), 52 kq çəki dərəcəsində Tacı Tağızadə (Rabitə İK), 54 kq çəki dərəcəsində Rza Rzazadə (Gömrük İK), 56 kq çəki dərəcəsində Azər Piroğlanov (7 saylı UGİM), 59 kq çəki dərəcəsində Nicat Qurbanov (Gəncə TİM), 62 kq çəki dərəcəsində Davud İbrahimov (Rabitə İK), 65 kq çəki dərəcəsində Rəmiş Cəfərov (Neftçi İKİB), 68 kq çəki dərəcəsində Rəvan Quliyev (Məhsul İC), 72 kq çəki dərəcəsində Eldar Əsədli (Rabitə İK), 76 kq çəki dərəcəsində Şəfa Balayev (ROİL), +76 kq çəki dərəcəsində Kamal Abdullayev (Neftçi İKİB)  I yeri tutmuşlar.

       Qaliblərə Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri təqdim olunmuşdur.

          Qeyd edək ki, 20 çəki dərəcəsi üzrə baş tutan yarışda paytaxt klubları ilə yanaşı, 10 rayon komandası da qüvvəsini sınayıb.