Boks üzrə Bakı şəhər birinciliyi keçirilmişdir.

     Bakı şəhər Gənlər və İdman Baş İdarəsi tərəfindən Hövsan Olimpiya İdman Kompleksində   boks üzrə Bakı şəhər birinciliyi keçirilmişdir. Birincilikdə Neftçi İKİB, Qəbələ İK, Qızıl Əlcək İK, DİN İC, Spartak İC, MOİK, Gömrükçü İSM, Lokomotiv İSM, Sərhədçi OİM, Naxçıvan İK, İOEUGİM-8, Zenit İC, Sədərək İK, İOEUGİM-13, ROİL, AzTU, Hövsan OİK, Gilan İK -nı təmsil edən  idmançılar mübarizə aparmışdır. Nəticələrə görə 44 kq çəki dərəcəsində İskəndərov Nəbi (Rabitə İK), 46 kq çəki dərəcəsində Nəsirov Hakim (Gilan İK), 48 kq çəki dərəcəsində Heydərov Pərvin (Qızıl Əlcək), 50 kq çəki dərəcəsində Sadıxov Hüseyn (Gilan İK), 52 kq çəki dərəcəsində Sadıqzadə Seyidrza (Gilan İK), 54 kq çəki dərəcəsində Həsənov İmaməli (Gilan İK), 57 kq çəki dərəcəsində Tağıyev Füzuli (Gilan İK), 60 kq çəki dərəcəsində Yaqubov İsmayıl (Qəbələ İK), 63 kq çəki dərəcəsində Sadıqov Turan (Gilan İK), 70 kq çəki dərəcəsində Dilbazov Hacı (Rabitə İK), 66 kq çəki dərəcəsində Musayev Zaur (Gilan İK), 70 kq çəki dərəcəsində Məlikov Şaiq (Rabitə İK), 75 kq çəki dərəcəsində İsmayılzadə Kənan (Gilan İKl), 80 kq çəki dərəcəsində Məmmədov Xalid (Neftçi İKİB), +80 kq çəki dərəcəsində Abdullayev Məhəmməd (Rabitə İK) I yerlərə layiq görülmüşlər.

      I, II və III yerləri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.