Boks üzrə Bakı şəhər birinciliyi keçirilmişdir.

    Bakı şəhər Gənlər və İdman Baş İdarəsi tərəfindən Azərbaycan Boks Federasiyasının Boks Mərkəzində  boks üzrə Bakı şəhər birinciliyi keçirilmişdir. Birincilikdə Neftçi İKİB,  DİN İC, Rabitə İK, Tərtər, Gilan İK, Ağdaş, ROİL, UGİM-8, Gəncə, Neftçala, Zenit İK, Təhsil RİM, Qəbələ İK, UGİM-13, Abşeron, Ağsu, Sədərək İK, Lokomotiv İSM, Hövsan OİK, Balakən, Qalib İK və MOİK-i təmsil edən 190  idmançı mübarizə aparmışdır. Nəticələrə görə 44 kq çəki dərəcəsində Xandəmirov Kənan (DİN İC), 46 kq çəki dərəcəsində Səfərli Fərid (Rabitə İK), 48 kq çəki dərəcəsində İskəndərov Nəbi (Rabitə İK), 50 kq çəki dərəcəsində Əlizadə Amid (Rabitə İK), 52 kq çəki dərəcəsində İsayev Amil (Neftçi İKİB), 54 kq çəki dərəcəsində Novruzov Elmir  (Gilan İK), 57 kq çəki dərəcəsində İsmayılov Məhəmmədəli (Gilan İK), 60 kq çəki dərəcəsində Zeynalov Xəqani (ROİL), 63 kq çəki dərəcəsində Hacıməmmədzadə Əli (Təhsil RİM), 66 kq çəki dərəcəsində Məmmədov Ruslan  (Rabitə İK), 70 kq çəki dərəcəsində Niftəliyev Rəcəb (Gilan İK), 75 kq çəki dərəcəsində Musayev Zaur (Gilan İK), 80 kq çəki dərəcəsində Süleymanov Elmir (Rabitə İK),  +80 kq çəki dərəcəsində Süleymanov Elgün (UGİM-8) I yerlərə layiq görülmüşlər.

      I, II və III yerləri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.