Boks üzrə Bakı şəhər birinciliyi

  Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Hövsan Olimpiya İdman Kompleksində gənclər arasında boks üzrə Bakı şəhər birinciliyi keçirilmişdir. Birincilikdə Neftçi İSM, DİN iC, Rabitə İK, MOİK, Sədərək İK, Təhsil RİM, Zenit İK, Gömrükçü, Qəbələ İK, Naxçıvan İK, AzTU-nu təmsil edən 92 nəfər idmançı mübarizə aparmışdır. Nəticələrə görə 49 kq çəki dərəcəsində I yerə Əliyev Fərid (Sədərək), 52 kq çəki dərəcəsində I yerə Bənibəsarəli Rüfət (Neftçi İSM), 56 kq çəki dərəcəsində I yerə İmanov İbrahim (Neftçi İSM), 60 kq çəki dərəcəsində I yerə Əkbərov Aslan (Neftçi İSM), 64 kq çəki dərəcəsində I yerə İbrahimzadə Şamil (Rabitə İk), 69 kq çəki dərəcəsində I yerə Məhərrəmov Elvin (Neftçi İSM), 75 kq şəki dərəcəsində I yerə Musayev Rövşən (Neftçi İSM), 81 kq çəki dərəcəsində I yerə Musayev Şahin (Neftçi-Hövsan), 91 kq çəki dərəcəsində I yerə Xəlilov Kənan (Neftçi İSM), +91 kq çəki dərəcəsində I yerə Sultanov İkram (Gomrükçü) layiq görülmüşlər.

   I, II və III yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.