Boks üzrə Bakı şəhər çempionatı keçirilmışdır

    Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin həyata keçirdiyi tədbirlər planına müvafiq olaraq Hövsan Olımpiya İdman Kompleksində  boks üzrə Bakı şəhər çempionatı keçirilmışdır. Yarışda  ”Məhsul”İC,  ”Sərhədçi”İK, “MOİK”,  ”Neftçi”İSM,  ”Lokomotiv”İSM, “DİN”İC, “Zenit”İC, “Turan” İK “Rabitə”İK,  ”Naxçıvan”İK, “Hövsan”OİK, 8 №-li UGİM, 19 №-li UGİM, kimi 20 idman cəmiyyətini təmsil edən 152 iştirakçı 10 çəki dərəcəsi üzrə: 49 kq, 52 kq, 56 kq, 60 kq, 64 kq, 69 kq, 75 kq, 81 kq, 91 kq, +91 kq mübarizə aparmışdır. Çempionatda 49 kq çəki dərəcəsində I yerə Əliyev Fərid (Sədərək İK), 52 kq çəki dərəcəsində I yerə Babayev Sərxan (Qızıl Əlcək), 56 kq çəki dərəcəsində I yerə Muradov Malik (Qızıl Əlcək), 60 kq çəki dərəcəsində I yerə Tağıyev Şəhriyar (Qəbələ İK), 64 kq çəki dərəcəsində I yerə Əliyev Elnur (Rabitə İK), 69 kq çəki dərəcəsində I yerə İslamov Çingiz (Sərhədçi İK), 75 kq çəki dərəcəsində I yerə Hüseynov Fəqan (Sədərək İK), 81 kq çəki dərəcəsində I yerə Qəmbərov Elvin (Qəbələ İK), 91 kq çəki dərəcəsində I yerə Kazımov Vüqar (DİN İC), +91 kq çəki dərəcəsində I yerə Sadıxzadə Ağalar (Sərhədçi İK) layiq görülmüşlər.

     Yarışda I, II və III yerləri tutmuş idmançılar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.