Boks üzrə Bakı şəhər çempionatı keçirilmışdır

     Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin həyata keçirdiyi tədbirlər planına müvafiq olaraq Hövsan Olımpiya İdman Kompleksində  boks üzrə Bakı şəhər çempionatı keçirilmışdır. Yarışda  “Məhsul”İC,  “Sərhədçi”İK, “MOİK”,  “Neftçi”İSM,  “Lokomotiv”İSM, “DİN”İC, “Zenit”İC, “Qalib”İK, “Rabitə”İK,  “Naxçıvan”İK, “Hövsan”OİK, 8 №-li UGİM, 19 №-li UGİM, 13 №-li UGİM  kimi 21 idman cəmiyyətini təmsil edən 155 iştirakçı 10 çəki dərəcəsi üzrə: 49 kq, 52 kq, 56 kq, 60 kq, 64 kq, 69 kq, 75 kq, 81 kq, 91 kq, +91 kq mübarizə aparmışdır. Çempionatda 49 kq çəki dərəcəsində I yerə Qurbanov Qurban (Neftçi İSM), 52 kq çəki dərəcəsində I yerə Kazımov Natiq (Qızıl Əlcək), 56 kq çəki dərəcəsində I yerə Orucov Amid (Qızıl Əlcək), 60 kq çəki dərəcəsində I yerə Abdullayev Mirzə (İnter), 64 kq çəki dərəcəsində I yerə Mehdiyev Mehdi (Qızıl Əlcək), 69 kq çəki dərəcəsində I yerə Əliyev Coşqun (Rabitə İK), 75 kq çəki dərəcəsində I yerə Quliyev Eldar (Sərhədçi İK), 81 kq çəki dərəcəsində I yerə Əliyev Orxan (Qızıl Əlcək), 91 kq çəki dərəcəsində I yerə Heydərov Heydər (Qızıl Əlcək), +91 kq çəki dərəcəsində I yerə Aslanlı Asəf (Qızıl Əlcək) layiq görülmüşlər.

     Yarışda I, II və III yerləri tutmuş idmançılar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort