“CSİT Dünya oyunları 2013” turniri keçirilmişdir.

Bolqarıstanın Varna şəhərində “CSİT Dünya İdman Oyunları 2013” turniri keçirilmışdir. Keçirilən turnirdə 32 ölkədən 2500 idmançı mübarizə aparmışdır.Cənubi Qafqaz ölkələrindən isə yalnız Azərbaycan turnirə qatılmışdır.

 Onu da qeyd edək ki, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi ilə Bolqarıstanın ikinci böyük şəhəri olan Varna şəhəri İcması arasında 2009-cu ildə qarşılıqlı əməkdaşlıq haqqında saziş imzalanmışdır.Həmin saziş tərəflər arasında gənclərlə iş və idman sahəsində təcrübə mübadiləsinin həyata keçirilməsini,müxtəlif idman tədbirlərində iştirak məsələsini əhatə edir.

Azərbaycan nümayəndə heyətinin tərkibində “İnter” Peşəkar İdman Klubu, Beynəlxalq Bankın nümayəndələri ilə yanaşı Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov da Bolqarıstana səfər etmişdir.

        Turnir çərçivəsində İ.Səfərov Bolqarıstanın “İdman və Sağlamlıq” İşçi Federasiyanın fəxri prezidenti Kanstantin Parzulov və Varna şəhər İcmasının katibi Mixail Kulikovla görüşdü və belə yarışların ölkələr arasında münasibətlərə müsbət təsiri barədə fikir mübadiləsi aparmış,belə səfərlərin gələcəkdə də həyata keçirilməsinin əhəmiyyəti vurğulanmışdır.