“BÖYÜK XİLASKAR MÜDRİK ŞƏXSİYYƏT ” mövzusunda konfrans keçirilmişdir.

            Bakı Dövlət Universitetində 15 iyun Milli Qurtuluş gününə həsr olunmuş “BÖYÜK XİLASKAR MÜDRİK ŞƏXSİYYƏT ” mövzusunda konfrans keçirilmişdir. Konfransda  bildirilib ki, 1993-cü ilin 15 iyununda müdrik siyasətçi Heydər Əliyev xalqın təqidli tələbi ilə ikinci dəfə Azərbaycanın rəhbərliyinə qayıtdı. Bununla da ölkə xarici düşmənlərlə daxildəki steparatçı ünsürlərin birgə həyata keçirmək istədiyi xaos və hərc-mərclikdən, bir dövlət kimi dünya xəritəsindən silinməkdən, vətəndaş müharibəsi təhlükəsindən xilas oldu.

          Qeyd edək ki, tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Olimpiya çempionu Zemfira Mefttihəddinova,Yasamal rayon Ağsaqqalar şurasının sədri akademik Kərim Kərimov, Azərbaycan DMİU- nin rektorun müşaviri Aqşin Babayev, Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov  iştirak etmişlər.