“Böyük Zəfər” məhəllələrarası minifutbol turnirinin Bakı mərhələsinin səkkizdəbir final yarışları keçirilib

     Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinın birgə təşkilatçılığı ilə keçirilən yeniyetmələr arasında “Böyük Zəfər” məhəllələrarası minifutbol turnirinin Bakı mərhələsinin səkkizdəbir final yarışları keçirilib.

      Xətai rayonundakı abad məhəllədə keçirilən yarışa 10 komanda (“Buzovna” (Xəzər rayonu), “Qələbə” (Nərimanov rayonu), “Badamdar” (Səbail rayonu), “Xəzri” (Nizami rayonu), “Zirə” (Xətai rayonu), “Hədəf” (Nəsimi rayonu), “Dəmir Yumruq” (Binəqədi rayonu), “Turan” (Yasamal rayonu), “Polad” (Sabunçu rayonu) və “Laçın” (Suraxanı rayonu) qatılıb.

     Yarışda “Dəmir Yumruq” “Turan”a, “Polad” “Laçın”a, “Qələbə” “Buzovna”ya, “Xəzri” “Badamdar”a, “Zirə” isə “Hədəf”ə qalib gələrək dörddəbir finala vəsiqə əldə ediblər.

      Qeyd edək ki, yarışların birinci turu paytaxt rayonlarında təşkil olunub. Rayon yarışlarının qalibləri isə Bakı şəhər mərhələsinə vəsiqə qazanıblar.

        Turnir dekabrın 22-dək davam edəcək.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort