“Böyük Zəfər” məhəllələrarası mini futbol turniri davam edir

        Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinın birgə təşkilatçılığı ilə keçirilən yeniyetmələr arasında “Böyük Zəfər” məhəllələrarası mini futbol turnirinin Suraxanı rayon turuna yekun vurulub.

       Rayondakı abad məhəllələrdə keçirilən yarışda “Fatehler”, “Qələbə”, “Laçın”, “Dəmir yumruq”, “Ağdam”, “Şuşa”, “Zəfər” və “Fizuli” adı daşıyan 8 komanda iştirak edib. İlkin görüşlərdən sonra final mərhələsinə 4 komanda vəsiqə qazanıb. Finalda “Dəmir Yumruq” komandası “Zəfər” komandasına qalib gələrək 1-ci yerə layiq görülüb. 3-cü yerə isə “Laçın” komandası çıxıb. Beləliklə, yarışların Bakı şəhər turunda Suraxanı rayonunu “Dəmir yumruq” komandası təmsil edəcək.

        Rayon turunun qalibləri Fəxri Fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.