Breyn-ring” intellektual oyunu keçirilmişdir.

  Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Rəşid Behbudov adına Mahnı Teatrında vətənpərvərlik klubları arasında  “Breyn-rinq” intellektual oyunu keçirilib. İntellektual Oyunda paytaxtın bütün rayonlarından olan komandalar iştirak ediblər. Mübarizəyə Nərimanov  və Nəsimi rayonlarının hərəsindən iki komanda qoşulub.

  Oyundan öncə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov çıxış edib. R. Abbasov vurğulayıb ki, hər bir Azərbaycan gənci müstəqilliyimiz uğrunda canlarından keçən şəhidlərimiz, milli qəhrəmanlarımız haqqında biliklərə malik olmalıdır: “Azərbaycan gənci vətənpərvər, mərd və savadlıdır. Bu, ölkənin resurslarının insan kapitalına yönəldilməsinin nəticəsidir. Hər bir gənc mükəmməl təhsil almalı, milli dəyərlərimizə hörmətlə yanaşmalı, Vətən, millət, xalq uğrunda öz sahəsində səylə çalışmalıdır”. R. Abbasov iştirakçılara uğurlar arzulayıb. Daha sonra isə oyuna start verilib.

   Nəticələrə görə I yerə Xəzər komandası, II yerə Nərimanov-I, III yerə isə Nərimanov-II komandası layiq görülmüşdür. Qalib gəlmiş komandalar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.