Breyn-ring intellektual oyunu keçirilmişdir.

  Rəşid Behbudov adına Mahnı Teatrında Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 18 oktyabr-Azərbaycanın Dövlət Müstəqillik gününə həsr olunmuş Bakı şəhəri üzrə orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında “Breyn-ring” intellektual oyunu keçirilmişdir. Tədbirdə Baş İdarənin gənclərlə iş sektorunun müdiri Zamin Əhmədov  ilk öncə məktəbliləri salamlamış onlara bu yarışmada ugurlar arzulamışdır.Yarışda 11 komanda iştirak etmişdir. Nəticələrə görə I yerə “Nərimanov” komandası,  II yerə “Xətai” komandası, III yerə isə “Binəqədi” komandası layiq görülmüşlər. Qalib gəlmiş komandalar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.

      Tədbirin keçirilməsində məqsəd gənclərin asudə vaxtlarını səmərəli təşkil etmək, intellektual səviyyəsini, dünya görüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, mədəniyyətimizin, ədəbiyyatımızın, ana dilimizin, dinimizin, torpağımızın tarixini daha da dərindən öyrənməkdən ibarətdir.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort