Breyn-ring intellektual oyunu keçirilmişdir.

           Rəşid Behbudov adına Mahnı Teatrında Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Novruz bayramına həsr olunmuş Bakı şəhəri üzrə orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında “Breyn-ring” intellektual oyunu keçirilmişdir. Yarışda 22 komanda iştirak etmişdir. Nəticələrə görə I yerə Yasamal rayonu 158 saylı orta məktəb,  II yerə Nəsimi rayonu 19 saylı orta məktəb, III yerə isə Nərimanov rayonu 57 saylı orta məktəb layiq görülmüşlər. Qalib gəlmiş komandalar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.

         Tədbirin keçirilməsində məqsəd gənclərin asudə vaxtlarını səmərəli təşkil etmək, intellektual səviyyəsini, dünya görüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, mədəniyyətimizin, ədəbiyyatımızın, ana dilimizin, dinimizin, torpağımızın tarixini daha da dərindən öyrənməkdən ibarətdir.