Breyn-ring” intellektual oyunu keçirilmişdir.

Rəşid Behbudov adına Mahnı Teatrında Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Xəzər İntellektual Gənclər Klubunun birgə təşkilatçılığı ilə  Bakı şəhəri üzrə orta ümumtəhsil müəssisələrinin yuxarı sinif şagirdləri arasında  “Breyn-ring” intellektual oyunu keçirilmişdir.  Tədbirdə Baş İdarənin gənclərlə iş sektorunun müdiri Zamin Əhmədov və Xəzər İntellektual Gənclər Klubunun sədri Seymur Teymurov ilk öncə məktəbliləri salamlamış onlara bu yarışmada ugurlar arzulayaraq  yarışın şərtləri ilə tanış etmişlər. Yarışda 32 komanda iştirak etmişdir. Nəticələrə görə I yerə Yasamal rayonunun “SPRİNGFİELD” komandası, II yerə Nizami rayonunun Zəngi liseyi, III yerə Yasamal rayonunun Hilal komandası layiq görülmüşlər. Qalib gəlmiş komandalar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.

Tədbirin keçirilməsində məqsəd “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının müvafiq bəndinin icrası, gənclərin asudə vaxtlarını səmərəli təşkil etmək, mədəniyyətimizin, ədəbiyyatımızın, ana dilimizin, dinimizin, torpağımızın tarixini daha da dərindən öyrənməkdən ibarətdir.