BŞGİBİ-də İran nümayəndə heyəti ilə görüş keçirilib

    Azərbaycanda səfərdə olan İran İslam Respublikası Qərbi Azərbaycan Əyaləti Bədən Tərbiyəsi İdarəsinin nüməyəndə heyəti ilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsində (BŞGİBİ) görüş keçirilib.

      Görüşdə  Baş İdarənin rəisi Raqif Abbasov, İran İslam Respublikası Qərbi Azərbaycan Əyaləti Bədən Tərbiyəsi İdarəsinin rəhbəri Çəməng  Ali Abdullahın başçılığı ilə nümayənə heyəti  iştirak ediblər.

       Baş İdarənin rəisi Raqif Abbasov qonaqları salamlayaraq   Azərbaycanın ictimai həyatında mühüm amillərdən biri olan bədən tərbiyəsi və idmanın gündən-günə tərəqqisi naminə bu sahədə görülən işlər barədə danışmış və bu sahədəki bütün uğurların əsasında cənab Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətinin nəticəsi olduğunu vurğulamışdır.  Ölkəmizin  bu gün dünyanın idman mərkəzlərindən birinə çevrildiyini və Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları ölkəmizin qüdrətini bütün dünyaya bir daha  nümayiş etdirdiyini qeyd etmişdir.

      Qərbi Azərbaycan Əyaləti Bədən Tərbiyəsi İdarəsinin rəhbəri Çəməng  Ali Abdullah öz növbəsində qonaqpərvərliyə və xoş qarşılanmaya görə Raqif Abbasova təşəkkürünü bildirmiş və Bakı və Qərbi Azərbaycan əyaləti arasında olan  dostluq və əməkdaşlıq əlaqələrinin gələcəkdə daha da mohkəmlənəcəyinə inandığını qeyd etmişdir. Qonaqlar dünən axşam IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimindən böyük zövq aldıqlarını və belə mötəbər bir tədbirdə iştirak etməkdən fərəh hissi keçirdiklərini bildirmişlər.

       Görüşün sonunda qonaqlara milli atributlarımızı əks etdirən qiymətli hədiyyələr təqdim edilmişdir.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort