BŞGİBİ-də Azərbaycanda səfərdə olan Türkiyə nümayəndə heyəti ilə görüş

   Bu gün  Bakı Şəhər Gənclər və İdman Baş İdarəsində “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası ilə bağlı Kayseri Gənclik Xidmətləri və İdman Şöbəsi və Kayseri Gənclik Mərkəzinin Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüş keçirilib.

   Görüşdə azərbaycanlı və türkiyəli gənclər arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, qardaş ölkə gənclərinin Azərbaycan ilə bağlı daha geniş məlumata sahib olmalarının əhəmiyyəti və s. məsələlər ətrafında müzakirələr aparılıb.

   Baş İdarənin rəisi Raqif Abbasov qonaqlara ölkəmizin tarixi, müstəqillik mübarizəsi və sürətli inkişafı barədə ətraflı məlumat verib. O, müasir müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində ölkəmizin regionun lider dövlətə çevrildiyini vurğulayıb. R.Abbasov bu gün dünyada söz və nüfuz sahibinə çevrilən Azərbaycanın beynəlxalq əlaqələrinin sürətlə genişləndiyini, ölkəmizin mötəbər beynəlxalq təşkilatların rəhbər heyətində təmsil olunduğunu diqqətə çatdırıb. Azərbaycanda bütün sahələr kimi, gənclərin də dövlət qayğısı ilə əhatə olunduğunu vurğulayan Baş İdarə rəisi bu gün gənclərimizin dünyanın ən mötəbər universitetlərində təhsil aldıqlarını qeyd edib.

   Nümayəndə heyətinin üzvləri göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib, qardaş ölkələrimiz arasındakı münasibətlərin dostluq, qardaşlıq prinsiplərinə əsaslandığını diqqətə çatdırıblar.

     Qeyd edək ki, qonaqlar səfər çərçivəsində Azərbaycanın tarixi, mədəniyyəti, adət-ənənələri, o cümlədən görməli yerləri ilə tanış olublar.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort