Bu gün Beynəlxalq Şahmat Turniri start götürüb

       Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan Məktəb İdmanları Federasiyasının dəstəyi ilə, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə Qusar rayonunda bu gün Beynəlxalq Şahmat turniri start götürüb. 70-ə yaxın şahmatçının iştirak etdiyi beynəlxalq turnirdə Bakı, Sumqayıt, Xaçmaz, Qusar, Quba rayonları ilə yanaşı Gürcüstan və Rusiya federasiyasından da şahmatçılar iştirak edirlər.

          Bu Beynəlxalq turnir həm reytinqli, həmdə dərəcə normativli yarış hesab olunur.

        Eyni zamanda bu yarış təşkilatçılar tərəfindən pandemiya dövründə açıq havada keçirilən ilk böyük yarışdır. 2004-cü il təvəllüdlü və daha kiçik yaş qrupuna aid olan uşaqların iştirakı ilə keçirilən yarış 9 turdan ibarətdir və dörd gün ərzində davam edəcək. Yarışın rəsmi açılışı sosial şəbəkə üzərindən canlı yayımlanıb.

        Ölkəmizdə belə bir yarışın keçirilməsində məqsəd Azərbaycanda şahmatın inkişafı, eyni zamanda şahmat idman üzrə bu yaş qrupuna aid olan yeni, istedadlı uşaqların üzə çıxarılmasıdır. Yarışın qalib və mükafatçıları Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin qiymətli hədiyyələri, diplom və medalları ilə təltif ediləcəklər.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort