Budo döyüş növlərinin layt və full kontakt növləri üzrə Bakı şəhər turniri keçirilib

Baş İdarə tərəfindən  Abşeron Olimpiya İdman Kompleksində ”17 noyabr – Milli Dirçəliş Günü”nə həsr olunmuş  budo döyüş növlərinin layt və full kontakt növləri üzrə Bakı şəhər turniri keçirilib.  Yarışlara respublikamızın şəhər və rayonlarını təmsil edən idman klublarının  heyətində  500  idmançı  qatılıb Turnirdə  idmançılar  uşaqlar (8-9 yaş, 10-11yaş), yeniyetmələr (12-13 yaş, 14-15 yaş), gənclər (16-18 yaş), böyüklər (18-dən yuxarı) kateqoriyalarında mübarizə aparıblar. Təntənəli açılış mərasimində çıxış edən qonaqlar ölkəmizdə idmana göstərilən dövlət qayğısından və bunun nəticəsində idmançılarımızın beynəlxalq arenada qazandıqları nailiyyətlərdən danışıblar. Çıxışlarda ölkəmizdə idmanın inkişafı, eləcə də budonun təbliği və kütləviləşməsi baxımından belə yarışların əhəmiyyəti xüsusi vurğulanıb.Sonra Azərbaycanın dövlət himni səsləndirilib və turnirə start verilib.

          Yarışda qalib gələn idmançılar təltif ediliblər.