Budo üzrə beynəlxalq “Baku Open” turniri başa çatıb

            Gənclər və İdman Nazirliyinin dəstəyi və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Boks Arenasında keçirilən “Baku Open” beynəlxalq budo turniri başa çatıb.

             Yarışda 6 ölkədən (Azərbaycan, Türkiyə, İran, Hindistan, Pakistan, Özəkistan) 540-dək idmançı mübarizə aparıb. Turnir qızlar və oğlanlar uşaqlar, yeniyetmələr, gənclər və böyüklər kateqoriyalarında  ful-kontakt, fri-kontakt qaydaları üzrə keçirilib.

                  Yer tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom, medal və xatirə hədiyyələri ilə mükafatlandırılıb.