CƏZAÇƏKMƏ MÜƏSSİSƏSİNDƏ VOLEYBOL TURNİRİ KEÇİRİLMİŞDİR

26 iyun 2014-cü il tarixdə Penitensiar xidmətin 11 saylı Cəzaçəkmə Müəssisəsində məhkumlar arasında voleybol turnirinin final oyunu keçirilmişdir. Gərgin oyun şəraitində keçən yarışmada 3 – 0 set fərqi ilə Muğan komandası Turan komandasına qalib gəlmişdir. Yarışmanın rəsmi bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov və Penitensiar xidmətin 11 saylı Cəzaçəkmə Müəssisəsinin Tərbiyəvi işlər üzrə rəis müavini ədliyyə mayoru Əflatun Həşimov öz çıxışlarında cəzaçəkmə müəssisələrində məhkumların asudə vaxtlarının səmərəli təşkili, onların vətənpərvərlik ruhunda tərbiyəsi, həmçinin idmana olan maraqlarının artırılması məqsədilə gələcəkdə də bu tipli tədbirlərin keçirilməsinin zəruriliyini bildirmişlər. Sonda qaliblər Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfində müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuş, cəzaçəkmə müəssisəsinə voleybol topları və tor hədiyyə verilmişdir.