Çağırış aksiyası keçirilib

         Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşəbbüsü və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə paytaxtın bir qrup gəncləri və idmançıları  Xocalıda erməni hərbi xuntası tərəfindən vəhşicəsinə qətlə yetirilmiş soydaşlarımızın xatirəsinə ucaldılmış “Ana Fəryadı” abidəsi önündə çağırış  aksiyası keçirilib.

          Çağırış aksiyasının keçirilməsində əsas məqsəd Xocalıda erməni hərbi xuntası tərəfindən  soyqırım və mülki vətəndaşlarımıza qarşı törədilmiş vəhşi cinayəti dünya ictimaiyyətinə bir daha çatdırmaq, belə ki, qətliamda iştirak etmiş erməni separatçıları çoxsaylı sübutlara baxmayaraq hələ də törətdikləri cinayətlərə görə heç bir məsuliyyətə cəlb olunmamışdır. Bunun nəticəsidir ki, bu gün də düşmən tərəfindən cəbhə xəttinə aid olmayan Azərbaycanın Xızı, Yevlax, Mingəçevir, Gəncə, Bərdə, Ağcabədi və digər şəhər və rayonları qadağan olunmuş silahlardan istifadə edərək ağır artilleriya atəşinə məruz qalmaqdadır. Bu cinayətlər nəticəsində mülki obyektlər və yaşayış evlərinə külli miqdarda ziyan dəymiş,  dinc sakinlər arasında çox sayda ölüm və yaralanma faktları qeydə alınmışdır.

            Paytaxt gəncləri və idmançıları beynəlxalq hüquq normalarını pozaraq  hərbi cinayətlər törətmiş erməni xuntasını və onun havadarlarının beynəlxalq hərbi tribunala çıxarılmasını tələb edir.  Aidiyyəti qurumlara bununla bağlı müraciət edir ki, məsələ araşdırılaraq ona hüquqi qiymət verilsin, cinayət törətmiş bütün şəxslər beynəlxalq qanun qarşısında cavab versin.            

   

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort