Çanaqqala qələbəsinin 100 illiyinə həsr olunmuş Qaradağ rayon gənclərinin elmi praktiki konfransı keçirilmişdir.

 Bu gün Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Çanaqqala qələbəsinin 100 illiyinə həsr olunmuş Qaradağ rayon gənclərinin elmi praktiki konfransı keçirilmişdir. Konfransda Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat üzrə müşaviri Hamid Karadeniz, Türkiyə səfirliyinin dini məsələlər üzrə müşaviri Kamil Günəş, Qaradağ rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev, müəllimlər, fəal gənclər və məktəb şagirdləri  iştirak etmişlər. Tədbir Çanaqqala zəfərinə həsr olunmuş foto sərgiyə baxışla başlamışdır. Daha sonra bütün şəhidlərin ruhu hörmət əlaməti olaraq bir dəqiqəlik sükutla yad edilmişdir.

  Tədbirdə çıxış edən qonaqlar Çanaqqala zəfərinin böyük tarixi əhəmiyyət daşıdığını, bu zəfərin qazanılmasında  minlərlə türk və azərbaycanlının iştirak etdiyini də vurğulamışlar. Dəyirmi masa iştirakçılarına hərb tarixi, tarixi faktlar, Çanaqqala zəfərinə ekskurs kimi mövzularında məlumatlar verilmişdir.

  Tədbirin sonunda  “Çanaqqala zəfəri türk dünyasının qəhrəmanlıq səlnaməsidir” mövzusunda keçirilən inşa yazı və rəsm müsabiqəsinin qaliblərinə diplomlar və mükafatlar təqdim olunmuşdur.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort