Cari ildə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi 391 tədbir təşkil edib

Cari ildə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən gənclər, idman və kütləvi bədən tərbiyəsi sahələri üzrə 391 tədbir keçirilib. Bu tədbirlərdə 54 minə yaxın gənc iştirak edib.

Baş İdarənin 2018-ci ildə fəaliyyətinin yekunlarına dair hesabatda qeyd olunub ki, il ərzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95, Azərbaycan Xalq Cümhuriyyətinin və Silahlı Qüvvələrin 100 illiyinə həsr edilmiş üzgüçülük estafeti, breyn-rinq intellektual oyunları, konfranslar, “dəyirmi masa”lar, şeir, inşa yazı və rəsm müsabiqələri, mini-futbol, voleybol, reqbi, karate, şahmat, dama və digər idman növləri üzrə müxtəlif açıq turnirlər, kubok yarışları və çempionatlar keçirilib. Aprel-may aylarında əfsanəvi futbolçumuz, “Şöhrət” ordenli Ələkbər Məmmədovun xatirəsinə həsr olunmuş futbol turniri keçirilib.

Bu il ilk dəfə Azərbaycan Məktəb İdmanı Federasiyası tərəfindən keçirilən respublika çempionatının Bakı şəhəri üzrə zona yarışlarına start verilib. “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilmiş voleybol (qızlar) və basketbol (oğlanlar) yarışlarının qalibi Xətai rayonu 269 saylı tam orta məktəbin komandaları olub.

Bakı Şəhər İcra Hakimiyyətinin, Gənclər və İdman Nazirliyinin dəstəyi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə dekabrda start götürmüş “Abad məhəllə” layihəsi çərçivəsində şahmat və mini-futbol yarışlarının paytaxt üzrə final mərhələsi keçirilib. Turnirlərdə 1500-ə yaxın yeniyetmə iştirak edib.

İlk dəfə 1981-ci ildə Böyük Zirə adası-Bulvar (10 km) marşrutu üzrə keçirilmiş üzgüçülük estafeti Baş İdarənin təşkilatçılığı və Bakı Su İdmanı Sarayının dəstəyi ilə bu il yenidən təşkil olunub. Estafetdə Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar nazirlikləri, Dövlət Sərhəd və Dövlət Təhlükəsizliyi xidmətləri və Su İdmanı Sarayını təmsil edən 6 komanda iştirak edib.

Ümumilikdə “2013-2020-ci illərdə Azərbaycanda Bədən Tərbiyəsi və İdmanın İnkişafı üzrə Milli Strategiya”nın icrası çərçivəsində cari il ərzində 55 idman növü üzrə 290 tədbir və yarış keçirilib.

Təhsildə fərqlənmiş gənclərin, bir qrup fəal gəncin və QHT-nin nümayəndələrinin iştirakı ilə il ərzində Şamaxı, Qobustan, Quba rayonlarına, Heydər Əliyev mərkəzlərinə və muzeylərinə, “Qala Dövlət Tarixi-Etnoqrafiya Qoruğu”na, Mərdəkan Dendrarisinə, Botanıka bağına maarifləndirici istirahət ekskursiyaları təşkil edilib.

Müxtəlif bayramlar və hüzn günləri ilə əlaqədar gənclər və idman sahələrini əhatə edən geniş tədbirlər planı təsdiq olunaraq həyata keçirilib. Bu tədbirlərə bədən tərbiyəsi və idman yarışları, rəsm və inşa yazı müsabiqələri, konfranslar, “dəyirmi masa”lar, fləşmoblar və elektron aksiyalar aiddir.

Aprel döyüşləri zamanı şəhid olmuş qəhrəmanlarımızın yad edilməsi ilə əlaqədar bir çox tədbirlər keçirilib. Həmçinin tanınmış dövlət xadimləri və Milli qəhrəmanlarımızın xatirəsinə həsr olunmuş ənənəvi idman yarışları keçirilir.

BŞGİBİ “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün” Dövlət Proqramı və bu sahədə təsdiq olunmuş digər sənədlərin icrası ilə bağlı hesabat ilində 101 tədbir təşkil edib.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort