Cəsurlar hərbi idman və turizm oyunlarının Bakı şəhəri üzrə zona mərhələsi keçirilmişdir

   Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə C.Naxçıvanski adına Hərbi Liseydə “Cəsurlar” hərbi idman və turizm oyunlarının Bakı şəhəri üzrə zona mərhələsi keçirilmişdir.

   Əvvəlcə Azərbaycanın dövlət himni səslənmişdir.

  Yarışda paytaxtın 11 rayon komandası ilə yanaşı, Zəngilan, Şuşa və Laçın rayonlarının ümumtəhsil məktəblərindən komandalar birincilik uğrunda mübarizə aparmışlar.

  BŞGİBİ-nin rəis müavini Aydın Yusifov, C.Naxçıvanski adına Hərbi Liseyin rəis müavini, polkovnik-leytenant Fuad Şərifzadə, “Hərbi Vətənpərvəlik və Mütəxəssiz Hazırlığı Mərkəzi”nin nümayəndəsi Cavanşir Həsənov və digərlər çıxış edərək gənc nəslin hərbi vətənpərvərlik ruhunda yetişməsində, onların hərbi və fiziki hazırlığında, vətənpərvərlik hisslərinin aşılanmasında “Cəsurlar” hərbi-idman və turizm oyununun əhəmiyyətindən danışmışlar.

  Bildirilmişdir ki, yarışın məqsədi yeniyetmələrin və gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işinin daha da gücləndirilməsi, orta məktəb şagirdlərini hərbi-idman oyunlarına geniş cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərilməsindən  ibarətdir.

  Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna xüsusi diqqət və qayğı göstərdiyi qeyd edilmiş, dövlətimizin gənclər siyasətində hərbi vətənpərvərlik sahəsinin mühüm yer tutduğu diqqətə çatdırılmışdır. Belə tədbirlərin həmin siyasətin həyata keçirilməsində mühüm rol oynadığı vurğulanmışdır.
Daha sonra komandalar təntənəli marşla mahnı sədaları altında tribuna önündən keçmişlər və onların sıra hazırlığı səviyyəsi yoxlanılmışdır.

  Yarışda cəsurlar müxtəlif sınaqlardan keçməklə öz bacarıqlarını da nümayiş etdirmişlər.

   Nəticələrə  görə I yeri Xətai rayonu, II yeri Sabunçu rayonu, III yeri isə Suraxanı rayonu tutmuşdur. Qalib komandaılar Baş İdarə tərəfindən kubok, müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.

 

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort