Çimərlik futbolu üzrə Bakı şəhər açıq çempionatı keçirilmişdir

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Mərdəkan qəsəbəsində yerləşən Dalğa Arena stadionunun meydançasında çimərlik futbolu üzrə Bakı şəhər açıq çempionatı keçirilmişdir.  Çempionatda 8 komanda iştirak etmişdir.  Yarımfinalda bu komandalar görüşmüşlər: Kiamotors-Azərçiken 0:3, Birlik – Mərdəkan 2:0 .  Finalda isə III və IV yerlər uğrunda Kiamotors və Mərdəkan komandaları görüşərək Kiamotors 3:0 hesabı ilə qalib gəlıərək III yerə, I və II yerlər uğrunda isə Birlik və Azərçiken komandaları görüşərək 4:2 hesabı ilə Birlik komandası qalib gələrək I yerə çıxmışlar.

Qalib komandalar Baş İdarə tərəfindən kubokla, müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.