Çimərlik voleybolu üzrə Bakı şəhər çempionatı keçirilmişdir

28-31 iyul 2012-ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin tədbirlər planına müvafiq olaraq “Kresent-Biç” çimərliyində qızlar və oğlanlar arasında çimərlik voleybolu üzrə Bakı şəhər çempionatı keçirilmişdir. Yartışda “Neftçiı” İSM, “Sərhədçiı” VK, “Az.TU”,” Azərreyl”, “Azərreyl-1”, “Azərreyl-2”, “Sabunçu” UGİM, “Xətai” UGİM, “Azəryolservis” və s. komandalar iştirak etmişdir. Yarışın nəticələrinə görə oğlanlar arasında I yerə “Neftçi”İSM komandası, II yerə “Sərhədçi”VK komandası, III yerə isə “Az.TU” komandası, qızlar arasında I yerə “Azəryolservis” komandası, II yerə “Azərreyl-2” komandası, III yerə isə “Azərreyl” komandası layiq görülmüşlər.
Yarışda I, II və III yeri tutmuş idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.