Çimərlik voleybolu üzrə turnir keçirilmişdir

Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin həyata keçirdiyi tədbirlər planına müvafiq olaraq “Delfin” istirahət mərkəzində Milli Olimpiya Komitəsinin 20-ci ildönümünə həsr olunmuş çimərlik voleybolu üzrə turnir keçirilmişdir. Turnir qoşa oğlanlar, qoşa qızlar bə qoşa qarışıq növləri üzrə keçirilmişdir. Ümumilikdə turnirdə 32 nəfər (onlardan 16 nəfəri qadinlardir) iştirak etmişdir. Yarışların nəticələrinə görə oğlanlar arasında I yerə “Mərdəkan” komandası, II yerə “Binə-1” komandası, III yerə “Şüvəlan-1” komandası, qızlar arasında I yerə “Türkan” komandası, II yerə “Binə-2” komandası, III yerə “Mərdəkan” komandası, qarışıq cütlükdə I yerə “Şüvəlan-2” komandası, II yerə “Binə” komandası, III yerə “Zaqulba” komandası layiq görülmüşdür.
Tədbirin sonunda qalib komandaların üzvləri Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla və xatirə hədiyyələri ilə təltif edilmişdir.