Cüdo üzrə Bakı birinciliyinə start verilib

  Bu gün Sərhədçi Olimpiya İdman Kompleksində 2005-2007-ci il təvəllüdlü idmançılar arasında cüdo üzrə Bakı şəhər birinciliyinə start verilib. İki gün davam edəcək yarışda 43 klubdan 420 yeniyetmə cüdoçu qüvvəsini sınayır.

   Yarışın ilk günündə qızlar 25 kq, 28 kq, 32 kq, 36 kq, 44 kq çəki dərəcələrində, oğlanlar isə 30 kq, 34 kq, 38 kq çəki dərəcələrində cüdoçular mübarizə aparır.