Cüdo üzrə Bakı birinciliyinin qalibləri məlum olub

Sərhədçi İdman Olimpiya Kompleksində gənclər arasında keçirilən cüdo üzrə Bakı şəhər açıq birinciliyinə yekun vurulub.
İki gün davam edən paytaxt birinciliyində 28 klubdan 277 gənc cüdoçu (247 oğlan və 30 qız) medallar uğrunda mübarizə aparıb.
Yarışın ikinci günü qızlar arasında beş çəki dərəcəsində (48 kq, 57 kq, 70 kq, 78 kq, +78 kq) qaliblər müəyyənləşib.
Oğlanların mübarizəsində isə 60 kq, 73 kq, 90 kq və +100 kq çəki dərəcələrində yarışan cüdoçular medallar uğrunda mübarizə aparıb. Paytaxt birinciliyində fərqlənənlərə medallar, Azərbaycan Cüdo Federasiyasının, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin diplomları təqdim olunub.

1548435421_725a0515 1548435372_725a0452