
Cüdo üzrə Bakı birinciliyi başa çatdı
Sərhədçi İdman Olimpiya Kompleksində keçirilən U-21 gənclər arasında cüdo üzrə Bakı şəhər açıq birinciliyinə yekun vurulub.
Turnirin sonuncu günündə 5 çəki dərəcəsində mübarizə aparan cüdoçular arasında paytaxt birinciliyinin qalibləri müəyyənləşib.
Fuad Abbasov (60 kq), Sabir İsmayılov (73 kq), Fariz Ağayev (90 kq), Elvin Abbasov (100 kq) və Camal Feyziyev (+100 kq) bütün rəqiblərinə qalib gələrək çempion olublar.
Paytaxt birinciliyinin qalib və mükafatçılarına Azərbaycan Cüdo Federasiyası, Bakı şəhər Gənclər və İdman baş idarəsinin medal və diplomları təqdim olunub.
Xatırladaq ki, 2 gün davam edən Bakı şəhər açıq birinciliyində 32 klubdan 318 gənc cüdoçu (295 oğlan və 23 qız) medallar uğrunda mübarizə aparıb.
Oğlanlar | |||||||
60 | kq | 73 | kq | ||||
1.
2. 3. 3. |
Fuad Abbasov
Fərid Qəzənfərov Ruslan Paşayev Nazir Talıbov |
· Atilla
· Judo Club 2012 · DİN İC · UGİM 10 |
1.
2. 3. 3. |
Sabir İsmayılov
Bahadur Əsgərov Əbdülcəlal Hüseynov Tunar Nəsirli |
· İOEUGİM 13
· Siyəzən · İOEUGİM 13 · Neftçi |
||
90 | kq | 100 | kq | ||||
1.
2. 3. 3. |
Fariz Ağayev
Niyal Əzimov Ariz Məmmədov Rəşid Qafarlı |
· Neftçi
· Atilla · İOEUGİM 13 · Mingəçevir |
1.
2. 3. |
Elvin Abbasov
Elvin Tarverdiyev Toğrul Əşrəfli |
· Ruslan 93
· UGİM 8 · 1 RİOEUGİM |
||
+100 | kq | ||||||
1.
2. 3. 3. |
Camal Feyziyev
Kənan Əhmədov Mirismayil Həsənov Orxan Şahbazov |
· Qəbələ
· Qəbələ · UGİM 10 · 2 RİOEUGİM |