Cüdo üzrə Bakı birinciliyi start götürüb

      Kiçik yaşlı (2008-2010-cü il təvəllüdlü idmançılar) yeniyetmə cüdoçuların Bakı birinciliyi start götürüb.
      Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Mərkəzində keçirilən yarışda paytaxt Bakının müxtəlif klublarından, cəmiyyət və təşkilatlardan 800-ə yaxın idmançı gücünü sınayır.
     Bu gün oğlanlar arasında -46 kq. (75 nəfər), -60 kq. (50 nəfər), -34 kq. (107 nəfər), qızlar arasında isə -28 kq. (3 nəfər), -52 kq. (8 nəfər), -40 kq. (11 nəfər) çəki dərəcələrində qaliblər müəyyən ediləcək.
    Üç gün davam edəcək paytaxt birinciliyində oğlanlar 34, 38, 42, 46, 50, 55, 60, 66, 73, +73 kq, qızlar isə 28, 32, 36, 40, 44, 48, 52, 57, 63, +63 kiloqram çəki dərəcələrində mübarizə aparacaqlar.
    Yarışın təşkilində əsas məqsəd perspektivli idmançıları müəyyən edərək onları U-15 yeniyetmələrdən ibarət milli komandaya cəlb etmək, kiçik yaşlı yeniyetmələr arasında idman vasitəsi ilə sağlam həyat tərzini formlaşdırmaq, cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır.
adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort