Cüdo üzrə Bakı şəhər açıq birinciliyi keçirilir

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Şagan Olimpiya İdman Kompleksində cüdo üzrə Bakı şəhər açıq birinciliyi keçirilir. 2000-2001 təvəllüdlülər arasında  10 çəki üzrə 348 nəfər idmançı mübarizə aparmışdır. Nəticələrə görə oğlanlar arasında  30 kq çəki dərəcəsində Fezullayev Aydın (Qəbələ İK), 34 kq çəki dərəcəsində Talıbov Nazir (Qəbələ İK), 38 kq çəli dərəcəsində Məmməquliyev Məhəmməd (ROİL), 42 kq çəki dərəcəsində Əliyev Kənan (Cüdo 2012 İK), 46 kq çəki dərəcəsində Məmmədov Rüfət (Lokomotiv İSM), 50 kq çəki dərəcəsində Quliyev Feyzulla (EVO İK), 55 kq çəki dərəcəsində Süleymanov Böyükağa (Atilla İK), 60 kq çəki dərəcəsində İsmayılov Rza (13 saylı UGİM), 66 kq çəki dərəcəsində Mahmudlu Knyaz (Neftçi İSM), +66 kq çəki dərəcəsində Yaqubov Süleyman (Təhsil RİM), qızlar arasında isə 32 kq çəki dərəcəsində Kərimova Vüsalə (Turan İk), 36 kq çəki dərəcəsində Aslanova Fazilə (QəbələİK), 40 kq çəki dərəcəsində Məmmədova Günay (13 saylı UGİM), 52 kq çəki dərəcəsində Məmmədova Məleykə (Neftçi İSM), 57 kq çəki dərəcəsində Hacızadə Kəmalə (10 saylı UGİM), 63 kq çəki dərəcəsində Hüseynova Fidan (Neftçi İSM), 44 kq çəki dərəcəsində Cavadova Rahidə (9 saylı UGİM), 48 kq çəki dərəcəsində Bəkirzadə Günel (Lokomotiv İSM) I yerlərə layiq görülmüşlər.

I, II və III yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.