Cüdo üzrə Bakı şəhər açıq çempionatı keçiriləcək

Noyabrın  21-də  FHN-nin İdman Sağlamlıq Mərkəzində  kişilər və qadınlar arasında cüdo üzrə Bakı şəhər açıq çempionatına start veriləcək.
İki gün davam edəcək paytaxt yarışının ilk günü qadınlar  arasında üç çəki dərəcəsində (48 kq, 57 kq, 70 kq), kişilərin  mübarizəsində isə  60 kq, 73 kq və 90 kq çəki dərəcələrində yarışan cüdoçular medallar uğrunda mübarizə aparacaq.