Dördnövçülük növü üzrə yarış keçirilmişdir

          Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Məktəb İdmanları Federasiyasının  birgə təşkilatçılığı ilə dördnövçülük növü ( 60 m məsafəyə qaçış, uzunluğa tullanma, top atma, 500 və 800 m məsafəyə qacış) üzrə yarışı keçirilmişdir.
Qızlar arasında yarışın nəticəsinə görə I yeri Xətai rayonu 245 nömrəli tam orta məktəbin komandası, II yeri Qaradağ rayonu 106 nömrəli tam orta məktəbin komandası, III yeri Nərimanov rayonu 200 nömrəli tam orta məktəbin komandası tutmuşlar.
Oğlanlar arasında yarışın nəticəsinə görə I yeri Yasamal rayonu 13 nömrəli tam orta məktəbin komandası, II yeri Binəqədi 244 nömrəli tam orta məktəbin komandası, III yeri Qaradağ rayonu 106 nömrəli tam orta məktəbin komandası tutmuşlar.